Zelenski və Putin "G20" sammitində iştirak edəcəklər

Zelenski və Putin "G20" sammitində iştirak edəcəklər

Ukrayna prezidenti Vladimir Zelenski və Kreml rəhbəri Vladimir Putin bu il Balidə keçiriləcək “G20” sammitində iştirak etmək barədə razılığa gəliblər.

SİA xəbər verir ki, bu barədə “The Nation” İndoneziyanın BƏƏ-dəki səfiri Husin Bagisin bəyanatına istinadən yazır. Onun sözlərinə görə, hazırda iki prezidentin qəbuluna hazırlıq gedir.

“...Hansı otelləri yerləşdirəcəyimizə biz qərar veririk: biri Putin üçün, biri Zelenski üçün”.

Qeyd edək ki, səfir, onları bir-birinə çox yaxın yerləşdirməklə gərginlikdən qaçmaq lazım olduğuna işarə edərək deyib.

...Nə Ukrayna, nə də Rusiya Xarici İşlər Nazirliyi “The National”ın liderlərin 15 və 16 noyabr tarixlərində Balidə keçiriləcək görüşdə iştirak etmək planlarını təsdiqləmək tələblərinə cavab verməyib.

Xatırladaq ki, noyabrda Balidə “G20” sammitinin təkcə dünyanın 20 ən böyük iqtisadiyyatının liderlərinin deyil, həmçinin BƏƏ və Ukrayna kimi dəvət olunmuş ölkələrin də iştirakı ilə baş tutacağı gözlənilir.

Builki “G20” sammitinə moderatorluq edən İndoneziyada bildirildiyinə görə, sağlamlıq, rəqəmsal transformasiya və davamlı enerjiyə keçidlə yanaşı sülh də gündəmin əsas mövzusu olacaq.

Qeyd edək ki, İndoneziya prezidenti Coko Vidodo bundan əvvəl hər iki tərəfi atəşkəsə razılaşmağa və ərzaq təhlükəsizliyini təmin etmək üçün taxıl ixracı kanallarını yenidən açmağa çağırmışdı.

Bundan əlavə, iyulda Vidodo Putin sammitə şəxsən gəlməyi planlaşdırdığını bildirmişdi.

Bu arada Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Mixail Podolyak BBC-yə müsahibəsində etiraf edib ki, əgər Putin sammitdə iştirak edərsə, Zelenski də iştirak edə bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə