Doğrudanmı...əlbirdirlər?

ABŞ prezidenti Cozef Bayden OPEC və Rusiya ilə neft hasilatının azaldılmasına dair razılaşma əldə etdiyi üçün Səudiyyə Ərəbistanını “vurmalıdır”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə köşə yazarı Bobbi Qoş yazıb.Qeyd edək ki, Qoşun bu barədə fikirləri “Bloomberg”də də yer alıb.

Bobbi Qoş hesab edir ki, ABŞ Yaxın Şərq krallığına qarşı “xüsusi” münasibətə son qoymalı və bu ölkə ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmalıdır. Köşə yazarının fikrincə, Səudiyyə Ərəbistanı Malayziya və ya Bruneylə eyni hüquqlara malik olmalıdırlar: “Artıq saxta simbiotik münasibətlər, daha saxta təşəkkürlər və ya yöndəmsiz hiylələr yoxdur”.

O, həmçinin əlavə edib ki, bu cür yanaşma Vaşinqtonun ağır nəticələr vədlərindən daha çox “qürurlu şahzadəyə zərər verəcək”.

Xatırladaq ki, bundan əvvəl OPEC+ Rusiya ilə əlbir olmaqda ittiham olunurdu.

Aəasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə