Belarus Müdafiə Nazirliyi zərurət yaranarsa, hərbi xidmətə cəlb olunan 500 min nəfərlik resurs ayıra bilər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu respublikanın müdafiə idarəsi bildirib.
“...Hərbi idarə, lazım gələrsə, hərbi xidmətə cəlb olunan 500 min nəfərlik resurs yerləşdirə bilər və söhbət təlim keçmiş ehtiyatdan gedir”.
Bunu isə TASS nazirliyin bəyanatından sitat gətirir.
Qeyd edək ki, sentyabrın 29-da Belarus Müdafiə Nazirliyi vətəndaşlara xatırladıb ki, ölkədə səfərbərlik yoxdur və bütün hərbi təlimlər planlaşdırılır, onlar qanuni aktlarla əvvəlcədən təsdiqlənib.
Respublikanın müdafiə naziri Viktor Xreninin qeyd etdiyi kimi, Belarus və Rusiya qoşunlarının regional qrupu İttifaq dövlətini qorumaq üçün tapşırıqları yerinə yetirməyə hazırdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB