...Bu arada, Vladimir Putin hazırda Ukraynada baş verən hadisələri faciəvi adlandırıb, həmçinin keçmiş Sovet İttifaqı ölkələri arasında qarşıdurmaların həllinin zəruri olduğunu bildirib. (...yox, onları zəruri edən başqa məlum qüvvədir-A.B.)
“Həqiqətən faciəvi hadisələrin baş verdiyi Ukrayna ilə yanaşı, təəssüf ki, postsovet məkanının digər yaxın dövlətləri arasında bəzən münaqişələr yaranır və bu, təbii ki, onların həlli üçün tədbirlərin işlənib hazırlanmasını tələb edir”, - SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Putin bildirib.
Qeyd edək ki, o, bu barədə MDB ölkələrinin liderlərinin qeyri-rəsmi görüşü çərçivəsində danışıb.
RBC xəbər verir ki, Vladimir Putin postsovet əraziləri dövlətləri arasında münaqişələrin səbəbini SSRİ-nin dağılmasını adlandırıb (...maraqlıdır, görən, bu münaqişələrin fitilqoyanı kimdir?-A.B.)
...Putinin dediyinə görə, əgər “Ukraynada tarixi “sındırmağa” cəhd etməsəydilər, heç bir münaqişə-filan olmazdı”.
Əgər Rusiyanın tarixi ərazilərində (?) “tarixi parçalamaq” və nasizmi dirçəltmək cəhdi olmasaydı, Ukraynada münaqişə baş verməzdi. Bunu da Rusiya prezidenti Vladimir Putin deyib.
...Tarixdə baş verən və indi də baş verənlərə gəlincə,yox, yox,..Putin təəssüflənib eləmir. Amma deyəsən bu əvvəlki, Putin deyil. Buna baxmayaraq, özünə haradasa haqq qazandırmağa da çalışır.
...Bilirsiniz, əgər Ukraynanın özündə və Qərbdə bəzi qüvvələr tərəfindən tarixi düzəltmək və sındırmaq cəhdləri olmasaydı, bəlkə də bu gün bu münaqişə baş verməzdi. ...Hitlerlə, nasistlərlə əməkdaşlıq edənlərin tərifi olmasaydı, tarixi ərazilərimizdə bu neonasizmi dirçəltmək istəyi olmasaydı,.. məhz bu da tarixi parça-parça etdi...
Maraqlıdır, görən, Rusiyada neonasizm mövcud deyilmi? ...Burada yadımdaykən, gərək ki, Çin məşəli olan Amerikanın Stenford universitetinin filosofu Frensis Fukuyamanın Rusiya ilə bağlı bir fikrini nəzərinizə çatdırmaq istəyirəm.
Beləliklə, Fukuyaman yazır ki, “...bu gün Rusiya mənə nasist Almaniyasını xatırladır. Onun yeganə ideologiyası, nasistlərdən az inkişaf etmiş olsa da, ifrat milliyyətçilikdir. Bundan başqa, bu rejim hələ ki, çox zəif təsisatlara malikdir və...” (...ardını yazmağı münasib bilmədik-A.B.)
...Və burda deyirlər ki,..öz gözündə tiri görməyən, adətən başqa gözdə tük axtarar. Təbii ki, burada tük də, elə tir də məlumdur. Amma oyun başqa oyundur.
...Yenə də yadımdaykən bunu da deyim. Deməli, ötən günlərin birində Rusiyanın Ukraynanın 4 bölgəsində keçirdiyi referendumla bağlı Moskva küçələrinin birində keçirilən rəy sorğusuna cavab verən rus gənclərindən biri maraqlı fikir səsləndirdi.
Beləliklə, indicə, Sank-Peterburqdan gəldiyini deyən həmən gənc, yol boyu atılıb xarabazarlıqlara dönmüş kəndlər, yaşayış massivləri ilə rastlaşdığını bildirdi. Və sual etdi ki, burada lap əlçatan (...şəkililər demiş ağızlarının içindəki A.B.) ərazilərdə (...deyim ki, Moskva ilə Sank-Peterburq arasındakı məsafə 704 km-dir-A.B.) yaşayan rusları əgər hökumət normal yaşayışla təmin edə bilmirsə,.. bu halda zəbt etdiyi ərazilərdəki əhalini necə təmin edəcək.
Doğrudan da maraqlı sualdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB