"Türkiyeənin NATO-ya üzvlüyümüzü yaxın zamanda təsdiqləcəyinə ümid edirəm"

Finlandiyanın Baş naziri Sanna Marin Çexiyanın paytaxtı Praqada keçirilən qeyri-rəsmi Aİ Liderlər Sammiti zamanı jurnaistlərə açıqlama verib.
"Türkiyeənin NATO-ya üzvlüyümüzü yaxın zamanda təsdiqləcəyinə ümid edirəm"

"Finlandiyanın NATO üzvlüyünün yaxın zamanda Türkiye tərəfindən təsdiqlənəcəyinə ümid edirəm".

SİA-nın Türkiyə saytlarından əldə etdiyi məlumata görə, bunu Finlandiyanın Baş naziri Sanna Marin Çexiyanın paytaxtı Praqada keçirilən qeyri-rəsmi Aİ Liderlər Sammiti zamanı jurnaistlərə açıqlamasında deyib.

Oktyabrın 6-da Praqada keçirilən "Avropa siyasi birliyi" Zirvə Toplantısı zamanı prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşlə bağlı sualı cavablandıran Marin Ərdoğanla ölkəsinin NATO üzvlüyünün təsdiqi prosesini müzakirə etdiklərini deyib.

Prezident Ərdoğanın “Məsələ Finlandiya deyil” dediyini qeyd edən Marin onu deyib ki, Türkiye ilə bağlı siyasətimizdə həmişə tutarlı olmuşuq. Madrid Zirvəsindən əvvəl (NATO-nun 30 iyun tarixində keçirilən toplantıbı) danışıqlar aparmışıq. İndi o razılaşmaları yerinə yetiririk. Ümid edirəm ki, Türkiyə NATO-ya üzvlüyümüzü yaxın zamanda təsdiq edər".

İsveç və Türkiyə arasında eyni mövzuda aparılan danışıqlara münasibət bildirmək istəməyən Marin “Mən hesab edirəm ki, Finlandiya və İsveçin NATO-ya yaxın zamanda qoşulması vacibdir, çünki bu, Avropanın şimalında təhlükəsizlik məsələsidir”, -deyə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə