İran Rusiyaya silah satmadığını deyir...

İran Rusiyaya silah satmadığını deyir...

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan finlandiyalı həmkarı Pekka Haavisto ilə telefon danışığı zamanı Tehranın Ukrayna ərazisində keçirilən xüsusi əməliyyat zamanı istifadə üçün Moskvaya heç bir silah-filan vermədiklərini bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Tasnim” agentliyi yayıb.

Onun sözlərinə görə, hər iki tərəfin hərbi dəstəyi sülh şansını gecikdirir.

Bəzi dövlətlərin Ukraynaya hərbi dəstək göstərməsinə baxmayaraq, biz Rusiyaya heç vaxt silah göndərməmişik və göndərməyəcəyik, - Abdullahyan vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl İranın xarici işlər naziri xatırladıb ki, Tehran və Moskva arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş var, lakin ölkə rəhbərliyi hər iki tərəfdən həm Kiyevə, həm də Moskvaya silah göndərilməsini yanlış hesab edir. İran siyasi dialoqu təşviq etmək və bu böhrana siyasi danışıqlar yolu ilə son qoymaq niyyətindədir

Bu arada İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib ki, Ukraynadakı mövcud vəziyyət NATO-nun hərəkətləri ilə təhrik edilib və Alyansa rəsmi Vaşinqton rəhbərlik edir. Eyni zamanda, diplomat münaqişənin hələ də davam etməsini, onun davam etdirilməsində maraqlı olan tərəflərin fəaliyyəti ilə əlaqələndirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə