Yüzlərlə ukraynalı günlərlə Pskov vilayətində Rusiya-Latviya sərhədində uzun bir növbəyə dayanıblar. “Fontanka” saytının sözlərinə görə, insanlar Rusiyadan Avropa Birliyinə getməyə çalışırlar, amma... Ubylinka sərhəd-keçid məntəqəsində növbə artıq, deyilənlərə görə, 5 kilometrə çatıb.
Qeyd edək ki, sərhədi keçmək istəyənlərin də coğrafiyası genişdir - Xarkov vilayəti, Xerson vilayəti, DXR və s.
Bəziləri artıq Rusiyada qaçqın və ya qohumlarının yanında yaşamağa müvəffəq olub. Amma indi onlar ölkəni tərk etməyə çalışırlar.
Növbəyə duran insanların dediyinə görə, girişi üçün əsası olan ruslar və latviyalılar sərhədi daha tez keçirlər.
...Guya ukraynalılara 15 nəfərlik qruplara təyinatla icazə verilir. Bununla belə, sərhədin hər iki tərəfində onlar diqqətlə yoxlanılır.
Fontanka” saytının yazdığına görə, vəziyyətin ictimailəşdirilməsindən sonra məntəqəyə piyada çatan böyük qruplar buraxılıb. Bununla belə, hələ də çoxlu avtomobil sürücüləri var - bəziləri Ukraynaya qonşu ölkələrdən, bəzən hətta çox uzun müddətə getmək istədiklərini söyləyirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB