Ramzan "fərarilərə"... qadın tumanı geyinməyi məsləhət görür

Ramzan "fərarilərə"... qadın tumanı geyinməyi məsləhət görür

Çeçenistan rəhbəri Ramzan Kadırov səfərbərliyə görə Rusiyadan qaçan kişilərə ətək geyinməyi (...yəni tuman) və adlarını qadın adları ilə dəyişməyi tövsiyə edib.

SİA-nın “RİA Novosti”dən əldə etdiyi məlumata görə, Ramzan bu sözləri Xanqaladakı hərbi bazada güc bölmələrinin döyüşçülərinin təntənəli formalaşdırılması mərasimində deyib.

Kadırov çıxışında “vətənlərini çətin saatda tərk edənləri” anlamadığını bildirib.

“...Mən belə qorxaqlara tuman geyinib adlarını qadın adlandırmağı məsləhət görürəm. Baxmayaraq ki, bizim tariximizdə hətta qadınlar da kişilərlə bərabər şəkildə sona qədər mübarizə aparmağa cəsarət göstəriblər”. – Bunu Çeçenistan rəhbəri bildirib.

Kadırov vurğulayıb ki, Rusiyada yalnız “qismən” səfərbərlik elan edilib, lakin bu, hər bir insanın öz vəzifəsini yerinə yetirməsi və döyüşdə faydalı olan könüllü bacarıqları üçün kifayətdir.

Xatırladaq ki, bundan əvvəl Ramzan Kadırov səfərbərlikdən yayınan kişilərin şərəf, ləyaqət və mənəvi dəyərlərə sahib olmadığı fikrini ifadə etmişdi. O, həmçinin 16, 15 və 14 yaşlı yetkinlik yaşına çatmayan oğullarını Ukraynadakı xüsusi hərbi əməliyyat zonasına göndərmək niyyətində olduğunu bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə