ABŞ Küveytə 3 milyard dollar dəyərində silah-sursat satacaq

ABŞ Küveytə 3 milyard dollar dəyərində silah-sursat satacaq. SİA xəbər verir ki, ABŞ Dövlət Departamenti Küveytə 3 milyard dollar dəyərində Milli Qabaqcıl Hava-Yer Raket Sistemi və Orta Mənzilli Hava Hücumundan Müdafiə Sistemi ilə bağlı sursat və avadanlıqların satışına icazə verib.

Satışın təsdiqlənməsi ilə bağlı Konqresə bildiriş göndərildiyi ifadə edilən açıqlamada, satış paketinə 7 ədəd "AN/MPQ-64FI Sentinel" radarı, 63 ədəd "AIM-120C-8" Təkmil Ortamənzilli Hava-Hava Raketi, 63 ədəd uzaq mənzilli hava raketi, 63 ədəd "AIM-9X Sidewinder Block II" taktiki raketi daxildir.

Dövlət Departamentinin silah satışına icazə verməsi, sadəcə olaraq, satışın ABŞ administrasiyasına uyğun olduğunu bildirir. ABŞ Konqresi NATO üzvləri üçün 15 iş günü, digər ölkələr üçün isə 30 iş günü ərzində Nazirliyin qərarına etiraz etməzsə, administrasiya satış üçün təsdiqlənmiş satış paketinin məzmunu ilə bağlı danışıqlara başlayır. Bu danışıqların sonunda ABŞ müvafiq ölkəyə təklif məktubu təqdim edir. Təklif müsbət cavab alarsa, satınalma prosesi baş verir.

Bütün xəbərlər Facebook səhifəmizdə