"Rusiyaya qabaqlayıcı zərbələr endirmək lazımdır"

Dmitri Peskov: Zelenskinin bəyanatı dünya müharibəsinə çağırışdır

Ukrayna prezidenti Vladimir Zelenski NATO-nu Moskvanın nüvə silahından istifadə etməsini gözləməkdənsə, Rusiyaya qarşı qabaqlayıcı zərbələr endirməyə çağırıb.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə videobağlantı vasitəsilə Avstraliyanın Lou İnstitutunda çıxışı zamanı bildirib.

Onun fikrincə, NATO Rusiyanın nüvə silahından istifadəsini istisna etməlidir.

Zelenskiyə görə, Rusiyanın nüvə zərbələrini gözləməkdənsə, onlara qabaqlayıcı zərbələr endirmək lazımdır ki, onlar atacaqları təqdirdə sonrakı aqibətlərini görsünlər.

...Deyim ki, bunların da min dənə dili var. Məsələn, bir müddət bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Qərb ölkələrinin məşğul olduğu nüvə ritorikasında iştirak etmək istəmədiyini bildirmişdi.

Britaniyanın “The Times” nəşri müdafiə sahəsində yüksək vəzifəli mənbəyə istinadən xəbər verir ki, Rusiya Qara dənizdə, Ukrayna ilə sərhəddə nüvə sınaqları keçirə bilər. Nəşrin həmsöhbəti hesab edir ki, hadisələrin bu versiyası Ukrayna ərazisində taktiki nüvə silahının tətbiqindən daha çox ehtimal edilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə