Bayden Putinlə ehtimal olunan görüşlə bağlı sualı cavablandırıb

Amerika lideri Cozef Bayden “G20” sammitində rusiyalı həmkarı Vladimir Putinlə ehtimal olunan görüşlə bağlı sualı cavablandırıb.

SİA “Reuters”in məlumatına istinadən, ABŞ prezidentinin belə bir görüşü istisna etmədiyini bildirir.

Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün sammitdə Putinlə görüşüb-görülməyəcəyi ilə bağlı suala Bayden cavab verdi ki, bu, “hələ görünmür”.

Qeyd edək ki, bundan əvvəl Ağ Evin mətbuat katibi Karine Jan-Pyer iki prezident arasında mümkün görüş barədə xəbərləri şərh etməyib və bu, sammitin hələ çox uzaqda olduğunu göstərir.

Putin özü Rusiyanın sentyabrda keçiriləcək “G20” sammitində iştirakını təsdiqlədi, baxmayaraq ki, o, öz iştirakını şübhə altına qoyub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə