İstanbul Hava Limanı “dünyanın ən yaxşı hava limanı” seçilib

İstanbul Hava Limanı “dünyanın ən yaxşı hava limanı” seçilib

İstanbul Hava Limanı “dünyanın ən yaxşı hava limanı” seçilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

32 ölkədə nəşr olunan və 240 min oxucunun səs verdiyi, mərkəzi qərargahı ABŞ-da olan "Conde Nast Traveller” jurnalının təşkil etdiyi sorğunun nəticələri açıqlanıb.

İstanbul Hava Limanı rəqiblərini geridə qoyaraq dünyanın ən yaxşı hava limanı seçilib.

Siyahıda ikinci yerdə Sinqapur "Changi" Hava Limanı, üçüncü yerdə isə Cənubi Koreyanın "Seul İncheon" Hava Limanı qərarlaşıb.

Əldə edilən birincilik üçün İstanbul Hava Limanında mərasim təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə