Norveç hakimiyyəti Rusiya balıqçı gəmilərinin ölkənin əksər limanlarına çıxışını məhdudlaşdırıb. Krallığın xarici əlaqələr departamentinin rəhbəri Anniken Huitfeldt onlardan yalnız üçünün açıq qaldığını bildirib.
SİA bu barədə “RİA Novosti”yə istinadən yazır.
Huitfeldt hələlik Kirkenes, Tromso və Botsfjord limanlarının rus balıqçılar üçün açıq olduğunu bildirib. O, bu limanlara gələn bütün trol gəmilərin yoxlama prosedurlarından keçəcəyini də xatırladıb.
Nazir vurğulayıb ki, Norveç Rusiya gəmiləri üçün tranzit ölkə olmaq istəmir. Buna görə də onlara nəzarət gücləndiriləcək.
Agentliyin məlumatına görə, ruslar əvvəllər bu üç limana balıq tədarük ediblər. Bundan əlavə, Kirkenesdə Rusiyadan gələn gəmilər təmir olunurdu.
Daha əvvəl Belqrad Avropa İttifaqına üzv olmayan dövlətlərin vətəndaşları üçün vizasız rejimi ləğv etməyi planlaşdırdığını bildirilmişdi. Belə ki, respublikanın hakimiyyət orqanları qeyri-qanuni miqrantların Serbiya vasitəsilə Avropaya göndərilməsinin əleyhinədir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB