Məşhur prodüser təcavüzlə iddiham olundu

Məşhur prodüser təcavüzlə iddiham olundu

Məşhur prodüserin fotosessiya zamanı Hollivud kimliyindən istifadə edərək gənc qadınlara təcavüz etdiyi iddia edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə 61 yaşlı prodüser iyul ayında Kaliforniya ştatının Los-Anceles şəhərində həbs olunduqdan sonra 3,2 milyon dollar girov qarşılığında sərbəst buraxılıb.
Polisin məlumatına görə, Vaynberqə qarşı irəli sürülən 18 cinsi istismar ittihamı 2014-cü ildən 2019-cu ilə qədər bir sıra hadisələri əhatə edir.

Vayberq tərəfindən istehsal olunan “Scrubs” 2001-2010-cu illərdə yayımlanıb və iki “Primetime Emmy” mükafatını qazanıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə