Xatırladaq ki, Avropanın 44 ölkəsinin və qonşu regionların liderləri Ukraynadakı müharibə və Avropa İttifaqı ilə Rusiya arasında münasibətlərin kəskin şəkildə pisləşməsi fonunda Çexiyanın paytaxtı Praqada sammitə toplaşır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu, yeni qeyri-rəsmi təşkilatın - Avropa Siyasi Birliyinin ilk iclasıdır. Burada Avropa İttifaqının bütün 27 ölkəsinin, eləcə də bloka üzv olmağa namizəd dövlətlərin, habelə Avropa İttifaqı ilə iqtisadi razılaşmalarla bağlı olan və ümumi Avropa dəyərlərini bölüşən ölkələrin nümayəndələri iştirak edirlər. Ukrayna, Gürcüstan, Ermənistan, Azərbaycan, Moldova, həmçinin Böyük Britaniya, Türkiyə, Serbiya və Avropa İttifaqına daxil olmayan bir sıra digər ölkələrin liderləri dəvət alıblar.
...Amma Belarus və Rusiya dəvət olunanlar arasında deyil.
Qeyd edək ki, yeni formatın yaradılması ideyası Fransa prezidenti Emmanuel Makrona məxsusdur, o, bunu hələ may ayında irəli sürüb. Daha sonra Avropa İttifaqı sammitində təsdiq olunub. Avropa İttifaqı vurğulayır ki, söhbət namizəd ölkələr üçün Avropa İttifaqına üzv olmaq üçün alternativdən deyil, yeni əməkdaşlıq formatından gedir.
“...Avropa ölkələrinə bir çox cəbhələrdə təsir edən Rusiya müharibəsinin dramatik nəticələrini nəzərə alaraq, biz Avropa qitəsi ölkələrini birləşdirmək və siyasi koordinasiya üçün platforma təmin etmək məqsədi ilə Avropa siyasi birliyini yaratmağa razılaşdıq”,
Qeyd edək ki, bunu Avropa Şurasının prezidenti Çarlz Mişel bildirib. Onun sözlərinə görə, sammitdə təhlükəsizlik, iqtisadiyyat, enerji, miqrasiya məsələləri müzakirə oluna bilər.
Avropa İttifaqının xarici işlər naziri Josep Borrell Praqada keçiriləcək iclas başlamazdan əvvəl iştirakçıların “Rusiyasız yeni nizam”ın yaradılmasını müzakirə edəcəklərini bildirmişdi.
...Görüş faktının özü də Moskvanın Ukraynaya təcavüzü ilə bağlı təcrid olunmasının bariz siqnalıdır. Qeyd edək ki, bundan əvvəl Borrell Putin Rusiyasının iştirakı olmadan vahid Avropa məkanının qurulması ideyasını inkişaf etdirdiyi barədə məqalə dərc etdirib.
O qeyd edib ki, Vladimir Putinin Ukrayna ərazilərinin ilhaqı ilə bağlı son çıxışında söhbət təkcə Ukrayna ilə ərazi mübahisələri və ya onu fəth etmək istəyindən deyil, Putinin bombardmandan tutmuş hər şeydə ittiham etdiyi “kollektiv Qərb”lə mübarizədən gedir.
Borrelin sözlərinə görə, Putinin çıxışı göstərir ki, o, dialoq və diplomatiya qapılarını bağlayıb və ölkəsini getdikcə müharibə və təcrid yoluna sürükləyir. Borrell qeyd edib ki, Putin “ümumi Avropa evi” ideyasını irəli sürən mərhum Mixail Qorbaçovun irsini inkar edib.
“Yaxın gələcək üçün, yəqin ki, Putin hakimiyyətdə qaldığı müddətcə, Putinin Rusiyasının bir hissəsi olduğu Avropada yeni təhlükəsizlik strukturu və ya “sülh arxitekturasını” inkişaf etdirmək mümkün deyil”, - Borrell bildirib. Onun sözlərinə görə, Rusiya Avropanın coğrafi qonşusu və beynəlxalq münasibətlər sisteminin iştirakçısı olaraq qalır, lakin hazırda onun iştirakı olmadan Avropa siyasi birliyini qurmaq lazımdır.
Yeri gəlmişkən, oktyabrın 7-də Praqada Avropa İttifaqının qeyri-rəsmi sammiti keçiriləcək və orada Rusiyaya qarşı səkkizinci sanksiyalar paketinin təsdiqlənməsi gözlənilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB