Xorxe Sampaolinin "Sevilya"ya baş məşqçi təyinatı rəsmiləşib.
SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin saytı məlumat yayıb.
Qeyd edək ki, argentinalı mütəxəssislə 2024-cü ilin yayına kimi müqavilə imzalanıb.
Son iş yeri "Marsel" olan Sampaoli bu vəzifədə Xulen Lopeteqini əvəz edib.
Qeyd edək ki, Sampaoli 2016/2017 mövsümündə də "Sevilya"nı çalışdırıb. İspaniya təmsilçisi 2016/2017 mövsümündə onun rəhbərliyi ilə La Liqada 4-cü yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB