Sanksiyalara məruz qalan rus sənət adamları...

Sanksiyalara məruz qalan rus sənət adamları...

Avropa İttifaqı Rusiyaya qarşı yeni səkkizinci sanksiyalar paketi çərçivəsində məhdudiyyətlərə məruz qalan şəxslərin siyahısını dərc edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sanksiyalara məruz qalanlar arasında 30 fiziki və 7 hüquqi şəxs var.

Onların arasında filosof Aleksandr Duqin, MSK-nın rəhbəri Ella Pamfilova, sənətçilər Yuliya Çiçerina, Nikolay Rastorquyev, Oleq Qazmanov var.

Hüquqi şəxslərdən “qara siyahı”ya “Qoznak”, “İrkut” korporasiyası, “Avangard” Moskva maşınqayırma zavodu, Degtyarev adına MKB “Məşəl” zavodu daxil edilib.

Bundan əvvəl Rusiyanın tərkibinə daxil olan regionlarda referendumun təşkilatçılarının da məhdudiyyətlərə məruz qaldığı bildirilirdi. Bundan başqa, sanksiyalar paketinə ticarət sahəsində tədbirlər də daxildir. Avropa ölkələrinin vətəndaşlarına Rusiyanın bir sıra dövlət şirkətlərində rəhbər vəzifələr tutmaq qadağan edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə