...Ukrayna ilə müharibəyə səfərbər edilmiş 500-ə yaxın rus əsgəri videomüraciət yazıb və orada Rusiya ərazisində saxlandıqları “yaxşı şərait”dən bəhs ediblər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müvafiq video çərşənbə axşamı müxtəlif sosial şəbəkələrdə yayılıb. Bunu lentə alan şəxs Belqorod yaxınlığında qatardan düşdüyü iddia edilən silahlı hərbçilərin izdihamının qarşısında dayanır.
Qeyd edək ki, kameraya səfərbər olanlar heç bir bölməyə təyin olunmadıqlarını, hansının və hara göndərildiklərini bilmədiklərini, hələ ki, imkanları daxilində özlərinə aldıqlarını yediklərini,..külli miqdarda pullarını şəxsi təminatlarına xərclədiklərini bildiriblər.
Bu arada “Azadlıq” radiosunun jurnalisti Mark Krutov videonu tədqiq edərək, əsgərlərdən birinin saxlanma şəraitindən şikayət etdiyi videonu əvvəllər gördüyünü, lakin onun başqa yerdə lentə alındığını bildirib
...Jurnalistin sözlərinə görə, Belqorod yaxınlığındakı kadrları moskvalı Sergey Surkov çəkib və o, təxminən bir həftə əvvəl də ordudakı problemlərlə bağlı video çəkibmiş.
Əslində nə baş verir? Krutovun iddiasına görə, çəkilənlər hamısı realdır. Doğrudan da, səfərbər olunanlar üçün heç bir ideal şərait yaradılmayıb.
Videonu çəkib yayımlayan isə Vladimir Putinə yaxın biznesmen Yevgeni Priqojinin sponsoru olduğu “Vaqner” özəl hərbi şirkətinin simvollarını daşıyan biri olub.
Qeyd edək ki, son vaxtlar Priqojin Rusiya Müdafiə Nazirliyinin ən yüksək vəzifəli şəxslərini açıq və sərt şəkildə tənqid edir – amma belə güman edilir ki, guya Kremlin tapşırığı ilə..?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB