Rusiya hakimiyyəti ölkədə baş verən hər şeyə nəzarət etmir?

Rusiya hakimiyyəti ölkədə baş verən hər şeyə nəzarət etmir?

NATO Rusiyanın nüvə silahından istifadəsinin qarşısını almalıdır.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Avstraliya Lou İnstitutunda çıxışından sonra sualı cavablandırarkən deyib.

Rusiyanın nüvə silahından istifadə etmə ehtimalından danışan Zelenski qeyd edib ki, buna cavab vermək çətindir, çünki Rusiya hakimiyyəti Rusiya Federasiyasında baş verən hər şeyə nəzarət etmir.

Zelenskiyə görə, ruslar həm də döyüş meydanında baş verən hər şeyə nəzarət etmirlər – o vaxt bizi üç günə ələ keçirmək istəyirdilər. Hazırda da nə iş tutacaqlarını başa düşmürlər: fəth etmək, hücum etmək... oğurlamaq.

Maraqlıdır ki, ukraynalı lider bu gün rusların Ukraynada yaşatdıqlarını onların öz iqtisadiyyatlarına da yaşandığını bildirib.

...Çox zəngin bir dövlət və...amma kasıb insanlar.

Ukrayna prezidenti hesab edir ki, “NATO Rusiyanın nüvə silahından istifadəsini qeyri-mümkün etməlidir”.

Onun sözlərinə görə, “önləyici zərbələr lazımdır ki, onlar nüvə silahından istifadə etsələr, onun başına nə gələcəyini bilsinlər.

Zelenski vurğulayıb ki, NATO “öz təzyiqinin tətbiqi qaydasına yanaşmaları” yenidən nəzərdən keçirməlidir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə