Milli Kəşfiyyat Təşkilatı (MİT) Kobanidə əməliyyat həyata keçirib

Milli Kəşfiyyat Təşkilatı (MİT) Kobanidə əməliyyat həyata keçirib

Suriyanın şimalındakı Ayn əl-Ərəb bölgəsində bölücü terror təşkilatı PKK/YPG-nin dırnaqarası Kobani əyalət başçısı Həsən Dəmirtaş zərərsizləşdirilib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən PKK/YPG Suriya (Ayn əl-Ərəb) Kobani vilayətinin dırnaqarası quldurbaşçısı Koçer Amed ləqəbli Həsən Dəmirtaş həyata keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib.

Qeyd edək ki, Həsən Dəmirtaş təşkilata 2001-ci ildə qoşulub. O, uzun illər Hakkari, Tunceli və Zaqros kəndlərində təhlükəsizlik qüvvələrinə qarşı əməliyyat keçirib.

2011-ci ildə Tunceli/Ovacık Cümhuriyyət prokuroru Murat Uzun və mülki taksi sürücüsünün qətliamında iştirak etdiyi üçün həbs qərarı çıxarılan Həsən Demirtaş MİT tərəfindən hədəf siyahısına salınmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə