Təslim olan ruslar BMP-2-ni Ukraynaya satıblar

Üç rus əsgəri könüllü olaraq təslim olub və öz piyada döyüş maşınını Ukrayna Silahlı Qüvvələrinə satıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Nikolaev vilayət hərbi administrasiyasının rəhbəri Vitali Kim bu prosesin videosunu Telegram-da yayımlayıb.

Qeyd edilir ki, video “Nikolaevskiy Vanyok” Telegram kanalında da yayımlanıb. BMP-nin təslim olma yerinə çatdıqları anı qeyd edən ruslar tanımamaq üçün zirehli maşınlarını baqajına ağ parça bağlayaraq müvəqqəti ağ bayraqla işarələyiblər. Bundan sonra 3 rus çıxıb və könüllü olaraq Ukrayna Silahlı Qüvvələrinə təslim olub.

Nikolaev regional hərbi idarənın rəhbəri tərəfindən rəsmi kanalında yayılan videonun altında yazılıb: “Biz BMP-2 aldıq. Təfərrüatlar sabah”.

Vitali Kim şəxsi kanalında daha ətraflı məlumat dərc edərək yazıb: “...İşğalçılar Xerson istiqamətində öz texnikaları ilə birlikdə təslim olmağa başlayıblar. Rus hərbçiləri, nümunə götürün. Ukrayna Silahlı Qüvvələrinə necə təslim olmaq olar - burada baxın!”

Xatırladaq ki, ilk belə insident hələ mart ayında, rus əsgərinə vəd edilən 10 min dollar mükafat müqabilində öz tankını könüllü olaraq Ukrayna Silahlı Qüvvələrinə təhvil verəndə baş vermişdi.

Yeri gəlmişkən qey dedək ki, Ukrayna Ali Radası aprelin əvvəlində istifadəyə yararlı Rusiya hərbi texnikasının Ukrayna Silahlı Qüvvələrinə könüllü təhvil verilməsinə görə pul mükafatı təyin edən 7229 saylı qanun layihəsinə səs verib.

Həmin qanuna görə, həm Rusiya Federasiyası Silahlı Qüvvələrinin və ya Rusiyanın digər güc strukturlarının hərbçiləri könüllü təslim olacaqları təqdirdə pul mükafatı alacaqlar.

Yenə də həmin qanuna görə, döyüş təyyarəsinin könüllü təslim olmasına görə 1 milyon ABŞ dolları məbləğində mükafat müəyyən edilir; döyüş helikopteri - 500 000 dollar; MLRS çapdan asılı olaraq 25 min dollardan 35 min dollara qədər; tank və ya özüyeriyən artilleriya - 100 000 dollar; BMP və ya zirehli personal daşıyıcısı - 50 min dollar qiymətinə alınacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə