Avropa enerji böhranı ilə necə məşğul olacaq?

Almaniya və İspaniya arasında birgə görüş keçirilib. SİA xəbər verir ki, enerji böhranı üçün yeni həll yollarının axtarıldığı görüşdə iki ölkənin nazirləri fikir mübadiləsi aparıblar. İspaniyanın şimalındakı Koruna şəhərində keçirilən sammitdə bir araya gələn İspaniya və Almaniya hökumətləri Rusiya-Ukrayna müharibəsinin Avropada yaratdığı enerji böhranı və təhlükəsizlik problemlərini müzakirə ediblər.

İki ölkə arasında 9 ildən sonra keçirilən 25-ci hökumətlərarası sammitdən sonra İspaniyanın baş naziri Pedro Sançez və Almaniya kansleri Olaf Şolz birgə mətbuat konfransı keçirib. “Biz enerji məsələsi haqqında danışdıq və bu, bizi çox narahat edir”. Sançez, AB ölkələri arasında enerji əlaqələrini inkişaf etdirmək və bütün AB üzvlərinin həmrəylik içində olmasını istədiyini söylədi.

Almaniya kansleri Şolz da "Qlobal bazarlarda neft və qaz qiymətləri eyni vaxtda düşməlidir və onlar hələ kifayət qədər düşməyib. Enerji qiymətlərinin aşağı salınması üçün İspaniya ilə sıx əməkdaşlıq edirik" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə