ABŞ Çiliyə investisiyalarını artıracaq

ABŞ dövlət katibi Antoni Blinken Çili ilə ticarət və investisiyalar baxımından güclü əlaqələri inkişaf etdirmək üçün çalışdıqlarını bildirib. SİA xəbər verir ki, Blinken rəsmi səfərdə olduğu Çilidə prezident Qabriel Borik və xarici işlər naziri Antonia Urrejola ilə görüşüb, həmkarı ilə birgə mətbuat konfransı keçirib.

Blinken, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət olan OPEC+ qrupunun gündəlik neft hasilatını azaltma qərarı ilə əlaqədar olaraq, "Enerji istehsalının ehtiyacı qarşılayacağına açıq idik. Üzərimizə düşəni etdik və hasilatımızı gündə 500 min barel artırdıq. Biz qiymətlərin sabitləşməsi üçün çalışırıq” dedi.

ABŞ və Çili arasındakı əlaqələrə toxunan Blinken, "İki ölkə arasındakı əlaqələr ticarət və investisiya baxımından onsuz da güclüdür, lakin biz bunun daha da artırıla və gücləndirilə biləcəyi qənaətindəyik. Bunun yollarını araşdırırıq. ABŞ investisiyalarını artırır” dedi.

Blinken Çiliyə iqlim böhranı ilə mübarizədə göstərdiyi səylərə görə təşəkkür edib və Çilinin yaşıl iqtisadiyyatda bərpa olunan enerji və texnologiya ilə bağlı iş sahələri yaratmağa yaxşı hazır olduğunu söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə