Ukrayna Xerson vilayətində bir kəndi geri alıb

Ukrayna ilhaq etdiyi Xerson vilayətində bir kəndi geri aldığını açıqlayıb. SİA xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Zaporojya, Xerson, Donetsk və Luqansk vilayətlərinin Rusiyaya birləşdirilməsini nəzərdə tutan qanunu imzaladıqdan sonra Ukrayna əks-hücumunu gücləndirib. Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri Komandanlığının sosial media hesabında yer alan paylaşımda deyilir: "Yenə Xerson vilayətindən şad xəbər. Ukrayna Xüsusi Əməliyyat Qüvvələri Mala Oleksandrivka üzərində nəzarəti bərpa edib". Paylaşımda ukraynalı əsgərlər azad edilmiş kənddə bayraq açaraq qələbələrini qeyd edərkən görüntülənib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin fevralın 24-də Ukraynanın şərqindəki Donetsk və Luqanskın müstəqilliyinin tanınması haqqında fərman imzalayarkən, o, Rusiya ordusuna Ukraynada “xüsusi əməliyyatlar” keçirməyi də əmr edib. Sentyabrın 23-27-də Rusiya ordusunun aylardır davam edən müharibəni nəzarətə götürdüyü Zaporojya, Xerson, eləcə də rusiyayönlü separatçı Donetsk və Luqanskda referendum keçirilib.

Qondarma seçki komissiyalarının məlumatına görə, sakinlərin əksəriyyəti Rusiyaya birləşməyə səs verib. Bunun üzərinə Rusiya lideri Putin sentyabrın 30-da deyib: "Mən Kiyev administrasiyasına səslənmək istəyirəm. Zaporojya, Xerson, Donetsk və Luqanskda yaşayanlar indi əbədi olaraq bizim vətəndaşlarımızdır. Biz təcili olaraq Kiyevdə atəşkəsə çağırırıq". Rusiya parlamentinin aşağı qanadı Duma və onun yuxarı qanadı Federasiya Şurası da 4 rayonun Rusiyaya birləşməsi tələbini yekdilliklə qəbul edib. Putinin bu gün qanunu imzalaması ilə Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətlərinin ilhaqı təsdiqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə