ABŞ Cənubi Koreyaya yenidən təyyarədaşıyan gəmi göndərib

Cənubi Koreya ordusu Şimali Koreyanın Yaponiya üzərində ballistik raket atmasından sonra ABŞ-a məxsus təyyarədaşıyan gəmisinin Cənubi Koreyanın şərq sularına yerləşdiriləcəyini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Şimali Koreyanın həyata keçirdiyi son orta mənzilli ballistik raket sınağı bölgədəki gərginliyi artırsa da Cənubi Koreya-ABŞ koalisiyasından kritik bir addım atıldı.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Qrupunun bəyanatında deyilir ki, keçən həftə ABŞ və Yaponiya ilə birgə hərbi dəniz təlimindən sonra Koreya yarımadasını tərk edən ABŞ-ın nüvə mühərrikli təyyarədaşıyan gəmisi "Ronald Reagan" Cənubi Koreyanın şərqindəki sulara yenidən yerləşdiriləcək.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə