ABŞ Daria Duqinanın qatilini tanıyır?

...Ukrayna hakimiyyəti rus filosof Aleksandr Duqinin qızı, jurnalist Daria Duqinanın ölümü ilə nəticələnən avtomobilin partladılmasına icazə verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The New York Times” ABŞ xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən yazır.

Mənbənin sözlərinə görə, ABŞ Duqinə hücumda birbaşa və ya dolayısı ilə iştirak etməyib.

Mənbə vurğulayıb ki, rəsmi Vaşinqton jurnalistə qarşı terror aktının hazırlanması barədə məlumat almayıb. Əgər Kiyev hakimiyyəti bu məsələ ilə bağlı məsləhət istəsəydi, ABŞ onun öldürülməsinə qarşı olardı.

Nəşr həmsöhbətinin sözlərinə görə, ABŞ Kiyevin bu cür hərəkətlərinin Moskvanı Ukraynanın yüksək rütbəli məmurlarına qarşı cavab tədbirləri görməyə təhrik edə biləcəyindən ciddi narahatdır.

Qeyd olunur ki, mənbə Duqinanın qətlinin arxasında Ukrayna hökumətində konkret kimin dayandığını və Ukrayna prezidenti Vladimir Zelenskinin onun aradan qaldırılması ilə bağlı sərəncam imzalayıb-imzalamadığını açıqlamayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə