“Keçmiş hakimiyyət Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb”

Baş nazir Nikol Paşinyan bir daha keçmiş hakimiyyəti Artsaxı Azərbaycanın bir hissəsi kimi tanımaqda ittiham edib.

Bu gün, oktyabrın 5-də parlamentdə hökumət saatı zamanı çıxış edən Paşinyan qeyd edib: “Bəli, Ermənistan Respublikası Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb və bu, Vardan Oskanyanın dövründə edilib, çünki Ermənistan Madrid prinsiplərini qəbul etdiyi anda danışıqlar üçün əsas kimi o andan etibarən Ermənistan tərəfi Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı.

Mən bu barədə dəfələrlə danışmışam. Mən bunu bir saatlıq çıxışım zamanı bu tribunadan bildirdim. Diqqətinizi aşağıdakılara cəlb etmək istəyirəm: bu bir saatlıq çıxışdan sonra heç bir əsaslı təkzib gəlmədi. Heç kim demədi ki, belə deyil. Ona görə də isterik açıqlamalar verməyə ehtiyac yoxdur”.

Maraqlıdır ki, Nikol Paşinyan, keçmiş xarici işlər naziri Vardan Oskanyanı “ictimaiyyət qarşısında Ermənistanı işğalçı adlandırmaqda” ittiham edib. “Ermənistan Respublikası isə Vardan Oskanyanın və onun liderinin (ikinci prezident Robert Köçəryan – red.) bu iki addımının öhdəsindən gələ bilmədi. Buna qarşı mübarizə apardıq, amma uğur qazana bilmədik. Və etiraf etməliyik ki, bu iki addımın nəticələrini heç vaxt aradan qaldıra bilməyəcəyik. İndi biz onları idarə etməyə çalışırıq”.

Daha sonra davam edən Paşinyan, hakimiyyətin sonrası varisləri prezident Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanın da “Ermənistanı Azərbaycanın bir hissəsi kimi tanıyıb”.

Deputatlar Paşinyana düzəliş edərək, onun Artsax əvəzinə Ermənistanın adını çəkməsini təklif ediblər, lakin baş nazir “Qarabağ” toponiminə üstünlük verərək “Artsax” sözünü tələffüz etməyib.

Eyni zamanda, baş nazir əlavə edib ki, “...Dediklərimi düzgün eşitsəm, bu qeyd-şərtin daha dərin kökləri ola bilər”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə