...Səfərbərliyi eşidən bütün kişilər meşəyə qaçıb

Kareliyanın Şeltozero kəndində kişilərin giləmeyvə üçün meşələrə getməsi səbəbindən səfərbərlik mümkün olmayıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Baza öz Telegram kanalında məlumat yayıb.

Beləliklə, sentyabrın sonunda çağırış vərəqələrinin paylanması başlayanda yerli administrasiya çağırışçılara zəng vurmağa və sosial şəbəkələr vasitəsilə xəbərdar etməyə, çağırış komissiyasına gəlməyi tələb etməyə başladılar.

Hara, müharibəyə? Təbii ki, bunu eşidən yerli kişilər giləmeyvə yığmaq adı ilə hamısı aradan çıxaraq meşəyə üz tutublar.

Verilən məlumatlara görə, rus kəndinin administrasiyası bunu zoğal yığımı mövsümü ilə əlaqələndirir. Rəsmilər iddia edir ki, məhz bu vaxt yerli sakinlər giləmeyvə üçün tərk edilmiş kəndlərə və ov evlərinə gedirlər.

Amma maraqlıdır ki, əvvəllər giləmeyvə yığımı bu qədər çəkmirmiş. Məsələ bundadır ki, kişilərin hazırda harada olduğunu heç kim bilmir.

Kareliyalı fəalların sözlərinə görə, Rıbreka kəndindən bəzi çağırışçılar da meşəyə qaça biliblər və orada yalnız bir neçə nəfər səfərbər edə biliblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə