Bəs,Çexiyanın Ukrayna ilə əlaqəni kəsdiyini deyirdiniz..?

Praqa Kiyevə yeni hərbi yardım göndərəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Çexiya Müdafiə Nazirliyinin rəhbəri Yana Çernoxova bildirib.

Onun sözlərinə görə, Çexiya hökuməti Ukraynaya hərbi yardımın ayrılmasını təsdiqləyib. Buraya ağır texnika, atıcı silah və ya sursatların daxil olacağı dəqiqləşdirilir, lakin idarə rəisi təhlükəsizlik baxımından dəqiq məlumatı açıqlamayıb.

Bundan əlavə, Çernoxova bu cür tədarüklərin Çexiya üçün faydalarını qeyd edib. Çünki onlar Çexiya müdafiə sənayesini şirkətlərin ötən əsrin 20-30-cu illərində olduğu səviyyəyə qaytarmağa kömək edəcək.

Bundan əvvəl Ukrayna hökumətin fəaliyyətini davam etdirmək üçün Avropa İttifaqından daha sabit maliyyə dəstəyi tələb edib. Qeyd olunur ki, 2023-cü ildə Ukrayna hakimiyyəti tərəfdaşlardan 38 milyard dollar məbləğində vəsait almağı planlaşdırır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə