OPEC+ neft hasilatını azaltmaq qərarı Baydeni narahat edib

Amerika lideri Co Bayden OPEC+-ın neft hasilatına dair kvotanı noyabr ayından sutkada 2 milyon barel azaldıb avqust səviyyəsinə endirmək qərarından narahatdır.

“...Mən narahatam ki, buna ehtiyac yoxdur”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri CNN yayıb.

Bununla yanaşı, ABŞ prezidenti OPEC+ qərarını daha ətraflı öyrənəcəyini də vurğulayıb.

Xatırladaq ki, OPEC+ neft hasilatının azaldılması ilə bağlı saziş 2023-cü il dekabrın 31-dək uzadılıb.

Onun iştirakçıları noyabr ayından hasilatı gündəlik 2 milyon barel azaltmağa da razılaşıblar. Başlanğıc nöqtəsi avqust ayı üçün razılaşdırılmış səviyyələr olacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə