Qrossi Moskva və Kiyevə səfər edəcək - SƏFƏRİN DETALLARI

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bu həftə Moskva və Kiyevə səfər etməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə Agentliyin mətbuat xidməti məlumat yayıb.

Səfər zamanı o, Zaporojye Atom Elektrik Stansiyası barədə müzakirələr aparacaq.

“Qrossi mümkün qədər tezliklə Zaporojye ətrafında nüvə təhlükəsizliyi və mühafizə zonasının razılaşdırılması və yaradılmasına yönəlmiş məsləhətləşmələri davam etdirmək üçün bu həftənin sonunda Kiyevə, oradan isə Moskvaya gedəcək”, - deyə açıqlamada bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə