Türkiyənin AK Partiyasının sədr müavini Binəli Yıldırımın Covid-19 testi müsbət çıxıb. SİA xəbər verir ki, AK Partiyanın sədr müavini Binəli Yıldırım Düzce Universitetinin 2022-2023-cü tədris ilinin açılış mərasimində iştirak edib. Proqramda çıxış edən Yıldırımda simptomlar görünəndən sonra Düzce Universiteti Araşdırma və Tətbiq Xəstəxanasına gedib. Burada Covid-19 testi müsbət çıxan Yıldırım Düzceni tərk edib.
Binəli Yıldırım sosial media hesabından səhhəti ilə bağlı bu açıqlamanı verib: "Düzce proqramımızda yaranan simptomlar nəticəsində etdiyim Covid-19 test nəticəsi müsbət çıxdı. Vəziyyətim yaxşıdır, şükürlər olsun. Həkimlərimizin məsləhəti ilə müalicəmi evdə davam etdirəcəyəm. Ümid edirəm ki, bu prosesi keçəcəyəm, gözləyirik və dua edirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB