Ruslar da yazır ki, Xersonda ukraynalıların qabağını aldıq

Ukrayna hərbçiləri Xerson vilayətində 50-dən çox yaşayış məntəqəsini azad edıb, üç minə yaxın ukraynalı rus işğalından xilas edilib

Ukrayna hərbçiləri cənub və şərqdə əks-hücum əməliyyatlarını davam etdirir, Xerson vilayətində 50-dən çox yaşayış məntəqəsi və Xarkov vilayətində 169 yaşayış məntəqəsi düşmən işğalından azad edilib.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə daxili işlər nazirinin birinci müavini Yevgeni Enin bildirib.

“İndi Xerson vilayətində 50-dən çox yaşayış məntəqəsi işğaldan çıxarılıb, təxminən üç min vətəndaş rus işğalından azad edilib”, o, telemarafonun efirində deyib.

Azad edilmiş ərazilərdə hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiyanın hərbi cinayətlərinə dair çoxsaylı sübutlar toplayır. Xerson vilayətində 105, Xarkov vilayətində 928 hərbi cinayət sənədləşdirilib.

Bundan başqa, Xarkov vilayətində istehkamçılar bəndlərdən birinin yaxınlığında 175 kq-a yaxın trotil, 68 tank əleyhinə mina və elektrik detonatorları ələ keçirərək kənd və qəsəbələri su basmasının qarşısını alıblar. Bütün bunları işğalçılar vaxt məhdudiyyəti üzündən oyub qaçıblar.

Nazir müavininin dediyinə görə, hazırda asayişin bərpasına minə yaxın hüquq-mühafizə orqanının əməkdaşı cəlb olunub, Bundan əlavə, Xerson vilayətində səyyar keçid məntəqələri fəaliyyət göstərir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə