Ukrayna NATO-ya qəbul olunur?..

Stoltenberq Ukraynanın NATO-ya üzv olmaq üçün müraciətini qəbul edib

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın alyansa qoşulmaq üçün müraciətini qəbul edib. Bu barədə brifinqdə prezident aparatının müavini İqor Jovkva məlumat verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onun sözlərini “Rossiyskaya qazeta” sitat gətirir.

Qəzetin yazdığına görə, Ukrayna Stoltenberqə ərizəsini “rəsmi olaraq nota yolu ilə” göndərib. Bundan əlavə, Brüsseldə NATO-ya üzv olan bütün dövlətlər tərəfindən nəzərdən keçirilməlidir.

Xatırladaq ki, Kiyev alyansa qoşulmaq üçün sentyabrın 30-da LDNR, Xerson və Zaporojye vilayətlərinin Rusiya Federasiyasının tərkibinə daxil edilməsinə dair sazişlərin imzalanması mərasimindən dərhal sonra müraciət etmişdi. Ukrayna onun təsdiqini "sürətli şəkildə" alacağını gözləyir. Eyni zamanda, Stoltenberq elə həmin gün keçirdiyi mətbuat konfransında bu məsələ ilə bağlı dəqiq cavabdan yayınaraq bildirib ki, ölkənin NATO-ya üzvlüyü ilə bağlı qərarı artıq onun üzvü olan 30 dövlətin hamısı qəbul etməlidir.

Maraqlıdır ki, baş katib həmçinin alyansın Ukraynada “münaqişə tərəfi” olmadığını bu dəfə də xatırladıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə