Duda NATO-nu Kiyev üçün silah istehsalını artırmağa çağırıb

Polşa prezidenti Anjey Duda Şimali Atlantika Alyansı dövlətlərini Ukraynaya lazımi miqdarda silah və hərbi texnika tədarük etmək üçün istehsalını artırmağa çağırıb.

SİA bu barədə rus saytlarına istinad edir.

Anjey Duda xatırladıb ki, hazırda Kiyevin ilk növbədə silah təchizatı lazımdır. Bundan əlavə, blok ölkələri öz müdafiə potensialını da yaratmalıdırlar.

Maraqlıdır ki, Polşa Prezidentinin etirafına görə, Avropa və Amerika sənayesi kifayət qədər miqdarda silah və hərbi texnika istehsal etmirlər.

Duda buna görə də NATO ölkələrinin müdafiə sənayesinin istehsal gücünü artırmağı məsləhət görür.

Qeyd edək ki, bundan əvvəl Polşa rəhbəri NATO-nun şimala doğru genişlənməsini Baltik dənizinin alyansın daxili dənizinə çevrilməsinə gətirib çıxaracağını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə