Ukrayna ABŞ-a Amerika tərəfdən daha uzun mənzilli raketlər alacağı təqdirdə zərbələrin hədəflərini onlarla əlaqələndirməyi təklif edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,

bu barədə bazar ertəsi CNN ABŞ hökumətinin adı açıqlanmayan rəsmilərinə istinadən məlumat yayıb.

Burada söhbət ilk növbədə,Ukraynanın mövcud HIMARS raket sistemlərindən buraxıla bilən ATACMS raketlərindən gedir.

Təxminən 70 kilometr mənzilli bu sistemlər üçün adi raketlərdən fərqli olaraq, ATACMS idarə olunan raketləri 300 kilometrə qədər məsafə qət edə bilir.

Ukrayna dəfələrlə bildirib ki, bu cür raketlərin tədarükü müqabilində onların Rusiyadakı hədəflərdə istifadəsindən imtina etməyə hazırdır.

Amma Ukrayna tərəfi Krım da daxil olmaqla, digər zəbt olunmuş ərazilərini bu hesaba daxil etmir.

ABŞ-ın zərbələrin Rusiyadakı hədəflərə endirilməsi ilə bağlı qorxularını aradan qaldırmaq üçün Ukrayna hərbçiləri Amerika tərəfi ilə daha uzun mənzilli raketlərlə zərbələr endirmək üçün hər bir hədəfi əlaqələndirməyə hazırdır.

Bu arada Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi CNN ilə söhbətində hipotetik vəziyyətləri şərh etməyə və onlara mümkün cavablar barədə spekulyasiya etməyə hazır olmadığını qeyd edib.

Ağ Evin Rusiyanın ilhaq etdiyi dörd ərazidə Ukraynanın hərbi əməliyyatlarını dəstəkləyəcəkmi sualına Kirbi deyib ki,.. bu ərazilərə mümkün hücumlar Rusiyaya qarşı hücum kimi qiymətləndiriləcək.

Al,.. bu da sənə Amerika!

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə