ABŞ-da ölənlərin sayı 100-ü ötüb

ABŞ-da ölənlərin sayı 100-ü ötüb

ABŞ İan qasırğası ilə mübarizəni davam etdirir. SİA xəbər verir ki, ötən çərşənbə günü ABŞ-ı 4-cü kateqoriya səviyyəsində vuran İan qasırğasında insan itkiləri 100 nəfəri ötüb. Florida, Cənubi Karolina və Şimali Karolina ştatlarını vuran İan qasırğasında can itkisi 104-ə yüksəldiyi halda, ən çox can itkisi 100 ölümlə Floridada olub. Şimali Karolinada 4 nəfər həlak olduğu halda, Cənubi Karolinada hələlik itkilər qeydə alınmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə