Ukraynada NATO-ya üzvlük tərəfdarlarının faizi rekord həddə çatıb. SİA xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski cümə günü Ukraynanın NATO-ya üzvlük üçün sürətləndirilmiş müraciət etdiyini elan etdikdən sonra 1-2 oktyabr tarixlərində paytaxt Kiyevdə 2000 iştirakçı ilə Reytinq Qrupu tərəfindən NATO-ya üzvlüklə bağlı sorğu keçirilib. İştirakçıların 83 faizi NATO-ya üzv olmaq istədiyi halda, 4 faizi NATO-ya üzv olmağı dəstəkləməyib. İştirakçıların 9 faizi qərarsız qalıb.
Reytinq Qrupu bəyan edib ki, NATO-ya üzvlük tərəfdarlarının faizi indiyə qədər Ukraynada aparılan sorğuda qeydə alınan ən yüksək göstəricidir. Ötən ilin noyabrında keçirilən analoji sorğuda respondentlərin yalnız 55 faizi NATO-ya üzv olmaq istədiyini bildirib. Bu nisbətin artması Rusiyanın Ukraynaya müdaxiləsindən sonra NATO haqqında ictimai rəyin nə qədər kəskin dəyişdiyini ortaya qoydu. Son sorğu da göstərdi ki, NATO-ya üzvlük üçün dəstək keçən iyun ayından bəri 7 faiz artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB