Yunanıstandan İstanbula uçan sərnişin təyyarəsi məcburi eniş edib. SİA xəbər verir ki, yunan mətbuatında yer alan xəbərə görə, spirtli olduğu bildirilən əcnəbi sərnişin verilən təlimatlara əməl etmədiyi üçün pilot Selanikdəki Makedoniya hava limanına təcili eniş etmək qərarına gəlib. Təyyarə eniş etdikdən sonra problem yaradan sərnişin nəzarətə götürülüb. Yunan mətbuatında da sözügedən sərnişinin şəxsiyyət məlumatlarının doğru olmadığı və yunan məhkəmələrində ona qarşı yarımçıq qalmış bir işin olduğu bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB