Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, ölkə hökuməti Rusiya prezidenti Vladimir Putinin Rusiya Federasiyasının “müdafiə üçün əlində olan bütün vasitələrdən” istifadə etməyə hazır olması barədə bəyanatlarını qəbul edir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə “Neue Osnabrücker Zeitung” qəzetinə danışarkən deyib.
“...Biz onun sözlərini çox ciddi qəbul edirik, başqa hər şey səhlənkarlıq olardı. Biz özümüzü şantaj etməyə imkan verməməliyik və etməyəcəyik”. –deyə almaniyalı naziri bildirib.
Eyni zamanda, o əlavə edib ki, dünyada heç bir ölkə, hətta Çin kimi hələ dəqiq mövqe tutmayanlar belə, bu məsələni bu cür qızışdırmağa razı olmazlar.
Bundan əvvəl Almaniyanın Federal Kansleri Olaf Şolz bildirmişdi ki, Almaniya nüvə silahından istifadə imkanları ilə bağlı danışıqları qəbuledilməz hesab edir, Ukraynaya dəstəyini davam etdirmək niyyətindədir və münaqişənin iki ölkə hüdudlarından kənarda genişlənməsinin qarşısını almağa davam etməyi planlaşdırır. Şolz qeyd edib ki, nüvə silahından istifadə barədə düşünmək belə lazım deyil, onların istifadəsi qəbuledilməzdir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB