Dünyanın ən böyük videokart istehsalçısı olan Amerika şirkəti “Nvidia” oktyabrın sonuna qədər Rusiyadakı ofisini bağlamağı planlaşdırır.
SİA “İnterfaks”a istinadən bunun “Forbes”in xəbər verdiyini yazır.
Bildirilir ki, şirkət indi başqa ölkələrdəki ofislərinə köçməyə razı olanları fəal şəkildə çarter təyyarələri ilə aparır. Şirkət nümayəndəsinin dediyinə görə, sentyabrın 30-da “Nvidia” işçilərinə effektiv işini təmin edə bilmədiyi üçün Rusiya Federasiyasındakı ofisini bağladığını elan etdi.
Onun sözlərinə görə, işçilərə başqa ölkələrdə işləməyə davam etmək imkanı verilir. Rusiyadan köçmək istəməyən işçilərlə şirkət işdən çıxma haqqı ilə tərəflərin razılığı ilə müqaviləni ləğv edəcək.
Xatırladaq ki, 2022-ci ilin fevral ayına qədər Rusiyada “Nvidia”dada 300-dən çox işçi işləyirdi. İndi onlardan 240-ı qalıb, əksəriyyəti də mühəndislərdir.
Qeyd eək ki, “Nvidia” Rusiyada ilk ofisini 2003-cü ildə açmışdı.
Ukraynada xüsusi əməliyyat başlayandan sonra şirkət Rusiya Federasiyasında satışı dayandırıb. İyul ayında “Nvidia” Rusiya şirkətlərinə yeni bulud oyun proqramı lisenziyalarının yenilənməsini və satışını dayandırdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB