Maskdan uğursuz təklif...

Biznesmen İlon Mask bildirib ki, Rusiya Federasiyası ilə Ukrayna arasında münaqişənin həlli BMT-nin nəzarəti altında Rusiya Federasiyasının yeni regionlarında təkrar referendumların keçirilməsi ola bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS yayıb.

Maskın sözlərinə görə, BMT-nin nəzarəti altında keçirilən referendumdan sonra Rusiya “əgər bu, sakinlərin seçimidirsə, bölgələri tərk edəcək”, “Krım 1783-cü ildən (Xruşşovun səhvindən əvvəl) olduğu kimi, rəsmi olaraq Rusiyanın tərkibində olacaq.

Həmçinin biznesmenin sözlərinə görə, Krıma su təchizatı təmin ediləcək, Ukrayna isə neytral dövlət olaraq qalacaq.

“Yüksək bir ehtimalla bu, nəticədə nəticə olacaq. Yeganə sual ondan əvvəl nə qədər insanın öləcəyidir”, - Mask sosial şəbəkədə yazıb.

Maraqlıdır ki, Maskın paylaşmasından bir müddət sonra o bot hücumundan şikayətlənib.

Eyni zamanda bildirilir ki, Nyu-York Fond Birjasının məlumatına görə, Maskın sahibi və təsisçisi olduğu “Tesla” səhmləri Nyu-York ticarətində 8,4 faiz ucuzlaşıb. Qeyd edək ki, bu, yəqin ki, yazı dərc edilməmişdən əvvəl də baş verib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə