Ukraynanı məğlubiyyətdən xilas etməyin yeganə yolu Rusiya ilə danışıqları bərpa etməkdir. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The National Interest”in Amerika nəşrinin köşə yazarı Devid Payn bildirib.
“Qərbin növbəti bir neçə ay ərzində Ukraynanın döyüş meydanında məğlub olmasının qarşısını almaq və Rusiya ilə nüvə münaqişəsindən qaçmaq üçün yalnız bir yolu var: diplomatiyaya qayıtmaq. Prezident Coze Bayden Ukraynanı xilas etmək, təhlükəsizliyini qorumaq və ərazisinin ən azı 81faizinə nəzarət etdiyi halda onun siyasi və iqtisadi müstəqilliyini qorumaq üçün dərhal atəşkəs və barışığa çağırmalıdır”.
Təbii ki, rus saytları ancaq onlara sərf edən yazılara yer verirlər.
Qərb liderləri Ukraynanın qələbə şanslarını yüksək qiymətləndirirlər. Bunu da köşə yazarı bildirir.
…Bundan əlavə, atəşkəs razılaşması və nüvə eskalasiyasının qarşısının alınması ABŞ-ın milli təhlükəsizliyinin maraqlarına uyğundur. Bunu da deyə Payn qeyd edib.
“…Bayden administrasiyası Rusiyaya qarşı yeni iqtisadi sanksiyalardan çəkinməli, ABŞ-ın Şərqi Avropaya əlavə qoşun göndərilməsini və Ukraynaya ölümcül hərbi yardımı dayandırmalıdır”, deyə o əlavə edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB