ABŞ Rusiya üçün “B planı” hazırlayır...

ABŞ Rusiya üçün “B planı” hazırlayır...

İllərdir Hindistanı dəstəklədikdən sonra Birləşmiş Ştatlar yenidən Pakistanla əməkdaşlığa qayıdır.

Belə görünür ki, Vaşinqton Nyu-Dehlini Moskva ilə dostluq münasibətlərini gücləndirməkdən çəkindirmək qərarına gəlib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Gzero” xəbər verir.

Nəşrin yzdığına görə, uzun illər ərzində “demokratik və anti-Çin” Hindistanı öz dostları kimi qəbul edən Birləşmiş Ştatlar sistemə sadiq qalıb və avtokratik və Çinyönlü Pakistanı Amerika düşərgəsindən “kənarda” qoyub.

Lakin Nyu Dehlinin Moskvaya ardıcıl dəstəyi və İslamabadın terrorla mübarizədə əməkdaşlığı səbəbindən Vaşinqton bu ssenaridən uzaqlaşmaq qərarına gəlib.

“ABŞ-ın Cənubi Asiyada mövqeyinin gələcəyi, onilliklər ərzində olduğu kimi, Vaşinqtonun hər iki nüvə silahlı rəqibi ilə oynamağa yenidən başlaması ilə dəyişir. Nyu Dehlinin Moskvaya dəstəyinə cavab verən Vaşinqton İslamabadla hərbi münasibətləri balanslaşdırmaq niyyətindədir.

Xüsusilə, ABŞ Pakistana hərbi yardımı bərpa edib, həmçinin yaxın vaxtlarda Pakistan Ordusunun Baş Qərargah rəisi Qəmər Caved Bacva ilə görüş keçirməyi planlaşdırır.

Atlantik Şurada Pakistan Təşəbbüsünün direktoru Üzeyir Yunus, “...Görünür, Vaşinqton nəhayət etiraf edir ki, Yeni Dehlinin qaydalara əsaslanan beynəlxalq nizam haqqında yüksək səslə iddialarına baxmayaraq, Hindistanın ucuz Rusiya neftinə və silahlarına ehtiyacı hər şeydən üstündür”-deyə bildirib.

Belə görünür ki, Pakistanla yaxınlaşan ABŞ Nyu Dehli ilə münasibətləri tamamilə kəsməyi planlaşdırmır. Hindistan ABŞ üçün mühüm strateji tərəfdaş olaraq qalacaq. Yunus vurğulayıb ki, Pakistan bu sistemdə Rusiya ilə münasibətlərdə gələcək addımları ilə bağlı Hindistana xəbərdarlıq rolunu oynayır və ABŞ üçün “B planı” rolunu oynayır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə