İranın ali lideri ölkədəki etirazlara görə ABŞ və İsraili günahlandırır

İranın ali lideri ölkədəki etirazlara görə ABŞ və İsraili günahlandırır

İranın ali dini lideri Əli Xamenei ölkədə 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı etirazların ABŞ və İsrail tərəfindən planlaşdırıldığını və “adi iranlılar” tərəfindən həyata keçirilmədiyini deyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə RBC “Reuters”ə istinadən xəbər verir.

Xamenei qadının ölümünü “ürəyini qıran” “acı hadisə” adlandırıb. Eyni zamanda, o, bəzi şəxslərin “iğtişaşları planlaşdıraraq küçələrdə təhlükəli vəziyyət yaratdığını da bildirib.
İranın Ali Rəhbəri həmçinin təhlükəsizlik qüvvələrinə güclü dəstəyini ifadə edib. O, aksiyalar zamanı haqsızlıqla üzləşdiklərini bildirib.

Mahsa Əmini Tehranda əxlaq polisi tərəfindən iranlı qadınların küçəyə çıxarkən geyinmələri tələb olunan “hicabın səhv geyinilməsi”nə görə saxlanılıb. Polis bölməsində tələbə komaya düşüb və 3 gün sonra xəstəxanada ölüb.

Qızın ölümündən sonra başlayan etiraz aksiyaları İranın onlarla şəhərinə yayılıb və hakimiyyətin sərt reaksiyasına səbəb olub. Küçələrə çıxan nümayişçilərə qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edilir. Bu günə kimi həm etirazçılar, həm də polislər arasında onlarla qurban məlumdur.

Qeyd edək ki, oktyabrın 1-də İran hakimiyyəti iğtişaşlar zamanı 9 xarici vətəndaşı həbs edib. Onların arasında Almaniya, Polşa, İtaliya, Fransa, Hollandiya, İsveç və digər ölkələrin vətəndaşları da olub.

Bundan başqa, İranda ölkədə fəaliyyəti qadağan edilmiş müxalifət qruplarının 256 üzvü həbs edilib. Onlar terroru və iğtişaşları qızışdırmaqda, əmlaka ziyan vurmaqda və dövlət qurumlarına zərbə vurmaqda şübhəli bilinirdilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə