Daha...bu qədər də olmaz də...
Deməli Çeçenistan rəhbəri Ramzan Kadırov Telegram kanalında azyaşlılarən hərbi təlimlərə qoşulmasın heç nəyin mane olmamasını bildirib. Belə ki, onun sözlərinə görə, 16, 15 və 14 yaşlı oğulları Axmat, Zəlimxan və Adəm “əsl döyüşdə özlərini göstərməyin vaxtı çatıb”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onların hərbi hazırlığı kiçik yaşlarından başladıqlarını deyən Kadırov, əlavə edib ki, “tezliklə onlar cəbhə xəttinə gedəcək və təmas xəttinin ən çətin hissələrində olacaqlar”.
“Mən həmişə hesab etmişəm ki, hər bir atanın əsas məqsədi oğullarına Allah qorxusu aşılamaq və onlara ailəni, xalqı, Vətəni necə qorumağı öyrətməkdir”, - deyə Kadırov bildirib. Xatırladaq ki, daha əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Kadırovun digər region rəhbərləri kimi Xüsusi hərbi əməliyyatın gedişi ilə bağlı fikir bildirmək hüququ var, lakin “emosiyaları istisna etmək lazımdır”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB