Keniyada quraqlıq fillərin də ölməsinə səbəb olur

Keniyada quraqlıq fillərin də ölməsinə səbəb olur

Keniyanın Tsavo Milli Parkında son bir ildə quraqlıq səbəbindən 109 fil ölüb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Afrika Vəhşi Təbiət Fondunun Keniya direktoru Nensi Githaiga Keniyanın ən böyük parklarından biri olan Tsavo Milli Parkında son bir ildə 109 filin öldüyünü bildirib.

2019-cu ildə səhra çəyirtkələrinin işğalından sonra kənd təsərrüfatı istehsalının azaldığı və ərzaq böhranının başladığı ölkədə yağıntıların ardıcıl yağış dövrlərində gözləniləndən çox az olması yeni qida böhranına səbəb oldu.

Keniyada 13 milyon insan aclıqla mübarizə aparır.

Mütəxəssislər bildirirlər ki, Afrikanın şərqində son 40 ilin ən pis quraqlığı yaşanır.

Bütün xəbərlər Facebook səhifəmizdə