Gürcüstan Daxili İşlər Nazirliyi son günlər respublikaya gələn Rusiya vətəndaşlarının sayının azaldığını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, “İnterfaks” xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze məlumat verib.
Onun sözlərinə görə, hazırda Gürcüstana hər gün 6 minə yaxın Rusiya vətəndaşı daxil olur. Sentyabrın sonunda bu rəqəm 10 min idi.
“Qeyd etmək lazımdır ki, hər gün Gürcüstana daxil olan və gedən Rusiya vətəndaşlarının sayı demək olar ki, bərabərləşib. Daraxvelidze onu da bildirib ki, Rusiya vətəndaşları ilə sərhəddə söhbət aparılır, onların sənədləri yoxlanılır və hər kəsə Gürcüstana giriş hüququ verilmir.
Daxili işlər nazirinin müavini onu da bildirib ki, rusların əksəriyyəti Gürcüstan ərazisindən başqa ölkələrə səyahət etmək üçün istifadə edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB