Türkiyənin terrorla mübarizəsi davam edir

Türkiyənin terrorla mübarizəsi davam edir

Suriyanın şimalında "Fərat qalxanı" əməliyyatı bölgəsinə hücum etməyə hazırlaşdıqları müəyyən edilən bölücü terror təşkilatı PKK/YPG-nin 7 üzvü zərərsizləşdirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Suriyanın şimalında "Fərat qalxanı" əməliyyatı bölgəsinə hücum etməyə hazırlaşdıqları müəyyən edilən bölücü terror təşkilatı PKK/YPG-nin 7 üzvü zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyinin sosial media hesabından edilən açıqlamada "Suriyanın şimalındakı terrorçuları səngərlərdə basdırmağa davam edirik. "Fərat qalxanı" əməliyyatı bölgəsinə hücuma hazırlaşmaqda təsbit edilən 7 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Zərərsizləşdirilən terrorçulardan birinin də terror təşkilatının baş quldurlarından biri olduğu müəyyən edilib",-deyə bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə