Yəməndə hökumətlə İranın dəstəklədiyi husilər arasında aprelin 2-dən bəri davam edən atəşkəs yerli vaxtla saat 19:00-da başa çatıb. SİA xəbər verir ki, BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq verdiyi açıqlamada, "2022-ci il aprelin 2-də başlayan atəşkəs Yəmən üçün həqiqətən tarixi bir fürsət təqdim etdi. Son 6 ayın müsbət nəticələrinə əsaslanaraq, Yəmənə başqa bir təklif irəli sürüldü. Oktyabrın 1-də tərəflərə əlavə ünsürlərlə atəşkəsin daha 6 ay uzadılmasını təqdim etdim”-dedi.
Tərəflərə təqdim etdiyi yeni təklifin məzmununa toxunan Qrundberq təklifində bildirib ki, pensiyaların ödənilməsi, Taiz və digər vilayətlərdə müəyyən yolların açılması, Səna hava limanına və oradan uçuşlar üçün əlavə istiqamətlər maneəsiz həyata keçirilir.
Uzadılmış atəşkəsin Yəmən xalqına əlavə kritik faydalar təmin edəcəyini vurğulayan Qrundberq, bu gün razılaşmanın əldə oluna bilməməsindən təəssüfləndiyini ifadə edərək, “Son həftələrdə hər iki tərəfdən rəhbərlik səviyyəsində konstruktiv iştiraka görə minnətdaram. Yəmən hökumətinin mənim təklifimə müsbət yanaşmasını yüksək qiymətləndirirəm. Mən həll yolu tapmaq üçün hər iki tərəflə işləməyə davam edəcəyəm"-deyə, bildirib.
Qrundberq tərəfləri sakit olmağa və danışıqların davam etdiyi bir vaxtda təxribatlardan və ya zorakılığın artmasına səbəb ola biləcək hər hansı hərəkətdən çəkinməyə çağırıb: “Yəmən xalqını sülh üçün hər yolu izləmək üzrə öhdəliklərini yerinə yetirməyə çağırıram. Nəticədə, yəmənlilər münaqişəni əhatəli siyasi proses və danışıqlar yolu ilə həll etməlidirlər. Mən irəliyə doğru yolda tez bir zamanda razılığa gəlmək üçün tərəfləri cəlb etmək üçün aramsız səylərimi davam etdirəcəyəm"-dedi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB